Yaponiya portalı Azərbaycan Prezidentinin Şuşaya səfəri barədə məlumatlar yayıb - FOTOLAR

Yaponiya portalı Azərbaycan Prezidentinin Şuşaya səfəri barədə məlumatlar yayıb<font color=red> - FOTOLAR</font> Yaponiya portalı Azərbaycan Prezidentinin Şuşaya səfəri barədə məlumatlar yayıb<font color=red> - FOTOLAR</font>

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri və burada yeni inşa olunan bir sıra obyektlərdə işlərin gedişi ilə tanış olmaları barədə məlumatlar yayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yapon və ingilis dilində yayılan məlumatlarda dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın Şuşa şəhərində inşa olunan yeni yaşayış kompleksində, Şuşa hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Azərbaycan Respublikasının Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Mehmandarovların malikanə kompleksində, yenidən qurulan hoteldə aparılan təmir-bərpa işlərinin və Şuşa şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış olması əksini tapıb.

Yazılarda qeyd edilir ki, dövlətimizin başçısına və birinci xanıma Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil kommunal və təmir xidmətinin inzibati binasında görüləcək əsaslı təmir işləri barədə də məlumat verilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM