Türkiyə Ermənistanın təxribatına görə xüsusi nümayəndələrin görüşünü təxirə salıb

Türkiyə Ermənistanın təxribatına görə xüsusi nümayəndələrin görüşünü təxirə salıb

“Biz iyul ayında görüşdük, üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması və birbaşa hava nəqliyyatı ilə yüklərin daşınması imkanının yaradılması ilə bağlı məlum razılaşma müzakirə olundu”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan və Türkiyə arasında normallaşma istiqamətində danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan "Azadlıq" radiosunun erməni xidmətinə müsahibəsində deyib.

Ruben Rubinyan Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç ilə sonuncu görüşünün iyulun 14-də keçirildiyini xatırladıb.

O qeyd edib ki, əslində, sentyabrın 14-də sərhəddə iki ölkənin müvafiq idarələrinin nümayəndələri arasında həmin iki siyasi sazişin icrasını müzakirə etmək üçün görüş keçirilməli imiş.

Rubinyan vurğulayıb ki, lakin həmin vaxt Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalara görə, Türkiyə tərəfinin istəyi ilə görüş təxirə salınıb.

Onun sözlərinə görə, görüşün hansı müddətə qədər təxirə salınması barədə dəqiq tarix yoxdur.

Xüsusi nümayəndə bu razılaşmaların reallaşdırılmasının vacibliyini vurğulayıb: “Bu həyata keçirilməlidir, çünki ortada siyasi razılaşma və siyasi məsuliyyət var”.

Xəbər lenti
Goranboyda zəlzələ olub

17:41 30.11.2022

Çox oxunan xəbərlər