satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 2-də Cenevrədə görüşəcək - YENİLƏNİB

Azərbaycan və Ermənistan xarici işlər nazirləri oktyabrın 2-də Cenevrədə görüşəcək<font color='red'> - YENİLƏNİB</font>

Rəsmi Bakı Azərbaycan və Ermənistan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində görüşəcəyini təsdiqləyib. 

Azərbaycan XİN-dən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, iki dövlətin liderlərinin bu ilin 31 avqust tarixli Brüssel görüşü razılaşmasına uyğun olaraq, Azərbaycan tərəfindən sülh müqaviləsi üzrə danışıqların aparılması üçün xarici işlər nazirlərinin görüşünə dair təkliflər verilmişdi.

"Bununla əlaqədar olaraq bildirmək istərdik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2 oktyabr 2022-ci il tarixində Cenevrədə ikitərəfli görüşünün keçirilməsi nəzərdə tutulur", - nazirlikdən qeyd olunub. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM