Rusiyanın Baş nazirinin müavini üçtərəfli işçi qrupun fəaliyyətindən danışıb

Rusiyanın Baş nazirinin müavini üçtərəfli işçi qrupun fəaliyyətindən danışıb

Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli işçi qrupu formatında müzakirə olunan bütün məsələlərə Rusiya tərəfinin yanaşması son dərəcə birmənalı və aydındır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuk “Rossiyskaya qazeta”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, iki il ərzində çox səbir və diqqət tələb edən böyük işlər görülüb. Nəticədə iştirakçılar regional əlaqələrin bərpasına yol açacaq marşrutlar haqqında təsəvvürə sahib oldular.

Baş nazirin müavini bildirib ki, yolların açılması və ya tikintisi tərəflər ölkələr arasında sərhəd keçidinin və bu yollarda hərəkətin hüquqi rejimini dəqiq müəyyən etdikdən sonra mümkün ola bilər və bu rejimin müəyyənləşdirilməsi ilə bağlı prinsipin işlənməsi zəruridir: “Təcrübədə bu prinsipin tətbiqi o deməkdir ki, blokdan çıxarılmış və ya yenidən tikilmiş yollar üzrə Azərbaycandan Ermənistan ərazisinə daxil olarkən sərhəd və pasport nəzarəti tədbirləri həyata keçiriləcək. Eyni zamanda, pasport nəzarəti Ermənistandan Azərbaycana daxil olarkən də həyata keçiriləcək. Yolların tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq istifadəsi, eləcə də vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin digər ölkənin ərazisində təhlükəsiz hərəkət etməsi məsələləri də müzakirə olunur”.

Xəbər lenti
Goranboyda zəlzələ olub

17:41 30.11.2022

Çox oxunan xəbərlər