satellite   Azerspace-1: 11135 H 30000

Hərbi Prokurorluq sosial şəbəkələrdə erməni hərbçiləri ilə bağlı yayılan görüntüləri araşdırır

Hərbi Prokurorluq sosial şəbəkələrdə erməni hərbçiləri ilə bağlı yayılan görüntüləri araşdırır

Bəzi sosial media səhifələrində Azərbaycan hərbi qulluqçuları tərəfindən erməni silahlı birləşmələrinin üzvlərinə qarşı qanunsuz əməllərə yol verilməklə saxlanılmış təxribatçıların atəşə tutulmasının iddia olunduğu görüntülər paylaşılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən bu kateqoriyadan olan videolar üzrə onların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də həqiqətin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edən digər bütün hallar tam və hərtərəfli araşdırılır.

Araşdırmanın nəticəsində qanunla nəzərdə tutulmuş tədbirlər görüləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM