satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ölkənin XİN-ə təqdim edilib

Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının Kralına təbrik məktubu ölkənin XİN-ə təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudə ünvanlandığı təbrik məktubu Krallığın Xarici İşlər Nazirliyinə təqdim edilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, məktubu ölkəmizin Səudiyyə Ərəbistanındakı müvəqqəti işlər vəkili İmran Sadıxov Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Valid bin Əbdülkərim Al Xuraiciyə təqdim edib.

Azərbaycanın dövlət başçısının məktubunda iki dost ölkə və xalqları arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafı üçün geniş potensialın olduğu vurğulanıb.

Sonra Azərbaycan diplomatı ilə Səudiyyə Ərəbistanının nazir müavini ikitərəfli əlaqələrin daha da möhkəmlənməsi, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM