satellite   Azerspace-1: 11135 H 30000

Yaponiya portalı Xocavənddə aşkarlanmış növbəti kütləvi məzarlıq barədə məlumatlar yayıb - FOTOLAR

Yaponiya portalı Xocavənddə aşkarlanmış növbəti kütləvi məzarlıq barədə məlumatlar yayıb<font color=red> - FOTOLAR</font> Yaponiya portalı Xocavənddə aşkarlanmış növbəti kütləvi məzarlıq barədə məlumatlar yayıb<font color=red> - FOTOLAR</font>

Yaponiyanın “ajmedia.jp” portalı erməni hərbçilərinin azərbaycanlıları kütləvi şəkildə basdırdıqları daha bir məzarlığın tapılması barədə məlumatlar yayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yapon və ingilis dilində yayılan məlumatlarda erməni hərbçilərinin Birinci Qarabağ müharibəsində Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdıqları daha bir məzarlığın tapıldığı qeyd edilib. Məzarlıqda 12 nəfərin qalıqlarının üzə çıxarıldığı bildirilib.

Məlumatlarda əşyalarla birlikdə aşkarlanan skeletlərin əllərinin və ayaqlarının məftil və kəndirlə bağlandığı vurğulanıb. Müvafiq qurumların nümayəndələrinin və KİV təmsilçilərinin kütləvi məzarlığa baxış keçirdiyi qeyd edilib.

Bildirilib ki, bu, Edilli kəndində ermənilərin azərbaycanlıları vəhşicəsinə öldürərək kütləvi şəkildə basdırdıqları növbəti məzarlıqdır. Cari ilin fevralında əraziyə səfər edən Fransa, Niderland, Çexiya, ABŞ, Ukrayna, Moldova, Türkiyə, Şimali Kipr, Malayziya, Yaponiya, Misir, Əlcəzairdən olan jurnalistlər həmin kənddə tapılan birinci məzarlıqda erməni vandalizmini lentə alıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM