satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti: Bu gün biz yeni, ancaq xoş çağırışlarla üzləşirik

Azərbaycan Prezidenti: Bu gün biz yeni, ancaq xoş çağırışlarla üzləşirik

Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması kimi xoş çağırışlardır. Həmin insanlar buna layiqdirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında söyləyib.

Keçmiş məcburi köçkünlərin uzun illər boyu çətin şəraitdə yaşadıqlarını bildirən dövlətimizin başçısı deyib: “Baxmayaraq ki, biz 300 mindən çox məcburi köçkünü yeni mənzillərlə təmin etmişik, bu mənzillərin açılışı zamanı onlar bizə öz minnətdarlıqlarını bildirir və hər dəfə deyirdilər ki, bizi öz torpaqlarımıza qaytarın”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM