satellite   Azerspace-1: 11135 H 30000

Fransa mətbuatı Edillidə aşkarlanmış kütləvi məzarlıqdan yazır - FOTOLAR

Fransa mətbuatı Edillidə aşkarlanmış kütləvi məzarlıqdan yazır<font color=red> - FOTOLAR</font> Fransa mətbuatı Edillidə aşkarlanmış kütləvi məzarlıqdan yazır<font color=red> - FOTOLAR</font> Fransa mətbuatı Edillidə aşkarlanmış kütləvi məzarlıqdan yazır<font color=red> - FOTOLAR</font>

Buça və İrpen şəhərlərində tapılmış kütləvi məzarlıq daha böyük rezonansa malik oldu.

Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində 1990-cı illərin əvvəlinə aid kütləvi məzarlıq aşkarlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Fransanın “durabull-products” portalında dərc olunmuş “Azərbaycan 1990-cı ilə aid kütləvi məzarlıq aşkarladığını deyir” adlı məqalədə yer alıb.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin tviter səhifəsində paylaşımına istinad edilərək yazılıb: “Edilli kəndində 1-ci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən işgəncələrə məruz qalaraq öldürülmüş Azərbaycan hərbçilərinin kütləvi məzarlığı tapılıb”.

Həmin tviterə istinadla 4000 azərbaycanlının Birinci Qarabağ müharibəsindən itkin düşdüyü və bu günədək onlardan heç bir xəbər olmadığı göstərilib.

Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində aşkarlanmış 2-ci kütləvi məzarlıqla bağlı “20 Minutes”, “Le Preogres” portallarında da məqalələr dərc olunub. Məqalələrdə Edilli kəndində işgəncə verilmiş 25 cəsəd olan kütləvi məzarlıqdan, Birinci Qarabağ müharibəsindən itkin düşmüş 4000 azərbaycanlı haqqında hələ də məlumat olmamasından, Ermənistanın kütləvi məzarlıqların yerini açıqlamaqdan imtina etməsindən yazılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM