satellite   Azerspace-1: 11135 H 30000

Dohada “Bayraq Plaza” meydanında Azərbaycan üçün ayrılmış stenddə ölkəmiz haqqında məlumatlar yerləşdirilib - FOTOLAR

Dohada “Bayraq Plaza” meydanında Azərbaycan üçün ayrılmış stenddə ölkəmiz haqqında məlumatlar yerləşdirilib<font color=red> - FOTOLAR</font> Dohada “Bayraq Plaza” meydanında Azərbaycan üçün ayrılmış stenddə ölkəmiz haqqında məlumatlar yerləşdirilib<font color=red> - FOTOLAR</font> Dohada “Bayraq Plaza” meydanında Azərbaycan üçün ayrılmış stenddə ölkəmiz haqqında məlumatlar yerləşdirilib<font color=red> - FOTOLAR</font>

Dohada “Bayraq Plaza”nın açılış mərasimi keçirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə dövlət rəsmiləri, Qətərdə akkreditə olunan ölkələrin diplomatik nümayəndəliklərin rəhbərləri, eyni zamanda Azərbaycan səfiri Rəşad İsmayılov iştirak edib.

Açılış mərasimində Qətər Silahlı Qüvvələrinin orkestri çıxış edib, daha sonra bu ölkədə akkreditə olunmuş 119 ölkənin, o cümlədən də Azərbaycanın dövlət bayrağı qaldırılıb.

“Bayraq Plaza” meydanında Azərbaycan üçün ayrılmış stenddə ölkəmiz haqqında qısa məlumatlar - üçrəngli bayraq, ölkə əhalisi, ərazisi, rəsmi dili və Qarabağ atları haqqında məlumat yerləşdirilib.

Həmçinin “Bayraq Plaza” meydanı ərazisində quraşdırılmış böyük monitorlarda oktyabrın 7-də Azərbaycanın mədəniyyəti, musiqisi, adət-ənənələri, turizm məkanları və təbiəti haqqında videoçarx nümayiş etdiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM