satellite   Azerspace-1: 11135 H 30000

Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə birgə görüşdən əvvəl paylaşım edib

Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə birgə görüşdən əvvəl paylaşım edib

Bu gün Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin də iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Mişel tviterdə yazıb.

O bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və regionda davamlı sülhün əldə edilməsi ilə bağlı müzakirələr baş tutacaq.

Qeyd edək ki, bu gün Çexiyanın paytaxtı Praqada Avropa Siyasi Birliyi liderlərinin sammiti keçirilir.

Prezident İlham Əliyevlə Şarl Mişel arasında ikitərəfli görüş keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM