satellite   Azerspace-1: 11135 H 30000

İsveçin xarici işlər naziri Azərbaycan və Ermənistan liderlərinin Praqa görüşünün nəticələrini alqışlayıb

İsveçin xarici işlər naziri Azərbaycan və Ermənistan liderlərinin Praqa görüşünün nəticələrini alqışlayıb

İsveçin xarici işlər naziri Ann Linde Praqada Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşün nəticələrini alqışlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, İsveç XİN-in rəhbəri, iki ölkə liderləri arasında bu görüşün keçirilməsində Fransa Prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səylərini xüsusi qeyd edib.

Əldə olunmuş razılaşmaların vacibliyini vurğulayan xanım Linde deyib ki, sülh razılaşmasına nail olmaq üçün BMT Nizamnaməsinə uyğun olaraq işin irəlilədilməsinə dair hər iki tərəfin üzərinə götürdüyü öhdəliklər Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi qədər vacibdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM