satellite   Azerspace-1: 11135 H 30000

Çavuşoğlu: "Fransadakı erməni diasporu Azərbaycanla münasibətlərinin normallaşmasının əleyhinədir"

Çavuşoğlu: "Fransadakı erməni diasporu Azərbaycanla münasibətlərinin normallaşmasının əleyhinədir"

Fransadakı erməni diasporu Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşması prosesinə qarşıdır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi "Hürriyet"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Strasburqda Türkiyə vətəndaşları ilə görüşündə deyib.

O qeyd edib ki, bu diasporun üzvləri yaxşı münasibətlərin qurulmasına qarşıdırlar və düşmənçiliyi dəstəkləyirlər. Nazir Fransada yaşayan türkləri bununla mübarizə aparmağa çağırıb.

Çavuşoğlu qeyd edib ki, Türkiyə-Amerika Koordinasiya Komitəsi də erməni diasporunun Türkiyə və türk xalqına qarşı böhtanlarına qarşı uğurla mübarizə aparıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM