satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi başlayıb - FOTOLAR

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi başlayıb<font color=red> - FOTOLAR</font> Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi başlayıb<font color=red> - FOTOLAR</font>

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı-2022” adlı birgə təlimləri başlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, təlimlər Gürcüstanın Muxrovani şəhərində keçirilir.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirak etdiyi “Qafqaz Qartalı” adlı birgə təlimlər hər il təşkil olunur.

Xatırladaq ki, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də Gürcüstanda səfərdə olub. O, Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili ilə görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə keçiriləcək “Qafqaz Qartalı-2022” xüsusi təyinatlı bölmələrin birgə təliminə hazırlıq, həmçinin gələn il ərzində keçirilməsi nəzərdə tutulan “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi və “Qafqaz Qartalı-2023” birgə təliminin yüksək səviyyədə təşkili barədə müzakirələr aparııb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM