Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycan, Rusiya və Ermənistan parlamentləri səviyyəsində regional təhlükəsizlik məsələlərini müzakirə etmək təklifini dəstəkləyib.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu təkliflə Moskvada səfərdə olan Ermənistan parlamentinin sədri Alen Simonyan çıxış edib.
