satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimləri davam edir - FOTOLAR

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimləri davam edir <font color=red> - FOTOLAR</font> Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimləri davam edir <font color=red> - FOTOLAR</font>

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı-2022” birgə hərbi təlimləri davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib.

Təlimlərin açılış mərasimi Mayor Gela Çedia adına Muxrovani xüsusi məqsədli təlim mərkəzində baş tutub. Açılış mərasimində hər 3 dövlətin himni səsləndirilib.

Tədbirdə Gürcüstan Müdafiə Qüvvələrinin komandanının müavini, briqada generalı İrakli Çiçinadze, Gürcüstan Xüsusi Əməliyyatlar Qüvvələrinin komandanı polkovnik Teymuraz Klateişvili, həmçinin Azərbaycanın Gürcüstandakı hərbi attaşesi polkovnik-leytenant Fuad İbrahimov, Türkiyənin Gürcüstandakı hərbi attaşesi polkovnik Burak Altıner və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, “Qafqaz Qartalı” təlimləri hər il keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM