satellite   Azerspace-1: 11135 H 30000

Bakıda MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək

Bakıda MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək

Oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək.

Müdafiə Nazirliyindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, iclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan respublikaları silahlı qüvvələrinin Baş Qərargah rəisləri, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini və Tacikistan Respublikasının Rusiya Federasiyasındakı hərbi attaşesi iştirak edəcək.

İclasa Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sədrlik edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM