satellite   Azerspace-1: 11135 H 30000

Prezident: Azərbaycan-Qırğızıstan əməkdaşlığının əlamətdar məqamları münasibətlərin qardaş xarakterini ifadə edir

Prezident: Azərbaycan-Qırğızıstan əməkdaşlığının əlamətdar məqamları münasibətlərin qardaş xarakterini ifadə edir

Mən Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinə hörmətə görə Sizə xüsusi təşəkkür bildirmək istəyirəm. Bişkekin böyük məktəblərindən birinə onun adı verilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə keçirilən Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında deyib.

Qırğızıstanda Qırğız-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına məktəbin açılacağını qeyd edən dövlətimizin başçısı bildirib ki, əməkdaşlığımızın bütün bu əlamətdar məqamları Azərbaycan xalqının dərin minnətdarlığına səbəb olur və münasibətlərin qardaş xarakterini ifadə edir.

Azərbaycan Prezidenti ölkələrimizin bundan sonra da səmərəli əməkdaşlıq edəcəyinə əminliyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM