satellite   Azerspace-1: 11135 H 30000

Prezident Sadır Japarov: Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib

Prezident Sadır Japarov: Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib

Qırğızıstan qardaş Azərbaycan ilə sistemli və uzunmüddətli əməkdaşlıq əzmindədir və strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə hazırdır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında bildirib.

“Qırğızıstan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyini həmişə dəstəkləyib. Qırğızıstanın bütün təşəbbüslərini beynəlxalq arenada dəstəklədiyinizə görə Sizə minnətdarıq. Ölkələrimiz BMT, ATƏT, ŞƏT, TDT, İƏT və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlarda aktiv qarşılıqlı fəaliyyət göstərir”, - deyə Qırğızıstan Prezidenti qeyd edib.

Prezident Sadır Japarov əmin olduğunu bildirib ki, Azərbaycan Prezidentinin səfəri və Dövlətlərarası Şuranın iclasının keçirilməsi ikitərəfli münasibətlərə yeni təkan verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM