satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev: Sanki Heydər Əliyev qabaqcadan görürdü ki, Azərbaycan müstəqil dövlətə çevriləcək və bizə ordu lazım olacaq

Prezident İlham Əliyev: Sanki Heydər Əliyev qabaqcadan görürdü ki, Azərbaycan müstəqil dövlətə çevriləcək və bizə ordu lazım olacaq

Azərbaycanlıların müasir nəslinin tərbiyəsində Heydər Əliyevin rolu öz mənbəyini hələ sovet vaxtlarından götürür. O vaxt Azərbaycan keçmiş SSRİ-də yeganə respublika idi ki, Heydər Əliyevin təkidi ilə minə yaxın azərbaycanlı gənc oğlan və qızı SSRİ-nin ali məktəblərinə göndərmək hüququ qazanmışdı.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılış mərasimində bildirib.

“Bununla da kadr potensialı yaranırdı ki, bu gün Azərbaycanda ona tələbat olduqca çoxdur. Sizin diqqətinizə onu da çatdırmaq istəyirəm ki, Heydər Əliyev tərəfindən əsası qoyulan hərbi quruculuq işi də bu gün bizə öz ərazilərimizi uğurla müdafiə etmək imkanı verir”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Məhz Heydər Əliyevin qərarı ilə 1970-ci illərdə Bakıda general Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradıldığını xatırladan Azərbaycan Prezidenti deyib: “Bu, Heydər Əliyevin uzaqgörənliyi, gələcəyə istiqamətlənən fəaliyyətidir. Sanki o, qabaqcadan görürdü ki, Azərbaycan gözəl bir gündə müstəqil dövlətə çevriləcək, bizə ordu lazım olacaq, bizə mütəxəssislər lazım olacaq. Belə də oldu və biz hər bir situasiyaya hazır olmalıyıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM