satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN: Erməni hərbçiləri ərazilərimizdən tam çıxarılmayıb

Azərbaycan XİN: Erməni hərbçiləri ərazilərimizdən tam çıxarılmayıb

Ermənistan tərəfindən hələ də üçtərəfli bəyanatlar tam icra edilməyib, erməni hərbçilər Azərbaycan ərazilərindən tam çıxarılmayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının oktyabrın 12-də Astana şəhərində keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir, həmçinin Ermənistan tərəfindən təxribatların davam etdirildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, sentyabrın 13-14-də sərhəd zonasında Azərbaycan qüvvələrinin təminat yollarının minalanması cəhdi ilə başlanan növbəti hərbi təxribat çoxsaylı insan itkisinə səbəb olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM