satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN: “Fransa Prezidentinin bəyanatları yolverilməz və qəbuledilməzdir”

Rusiya XİN: “Fransa Prezidentinin bəyanatları yolverilməz və qəbuledilməzdir”

Parisin Moskvanın Bakı və İrəvanla münasibətlərinə zərbə vurmaq cəhdləri uğursuzluğa məhkumdur və bu, yalnız Fransanın bölgədəki nüfuzunun daha da aşağı düşməsinə gətirib çıxaracaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bəyanatında deyilir.

Onun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun Moskvanın guya Cənubi Qafqazda sabitliyi pozmağa çalışması ilə bağlı bəyanatları yolverilməz və qətiyyən qəbuledilməzdir: “Fransa Prezidentinin absurd uydurmaları Parisin regionda davamlı sülhün bərqərar olmasına maraq göstərmədiyini nümayiş etdirir və bu ölkənin konstruktiv rol oynaya bilməsini şübhə altına alır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM