satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov Türkiyədə baş vermiş partlayışa görə başsağlığı verib

Ceyhun Bayramov Türkiyədə baş vermiş partlayışa görə başsağlığı verib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə başsağlığı verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, o, bu barədə tviterdə yazıb.

“Qardaş Türkiyənin Bartın şəhərində mədəndə partlayışda həlak olanlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyirik. Yaralıların tezliklə sağalmasını, mədəndə dağıntılar altında qalmış insanların qurtarılmasını arzulayırıq. Başın sağolsun, Türkiyə”, - paylaşımda bildirilib.

Qeyd edək ki, Türkiyənin Bartın vilayətində kömür mədənində bu gecə partlayış baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 11 yaralının isə müalicəsi davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM