satellite   Azerspace-1: 11135 H 30000

Çavuşoğlu Makrona cavab verib: “Fransa obyektiv ola bilmir”

Çavuşoğlu Makrona cavab verib: “Fransa obyektiv ola bilmir”

“Təəssüf ki, Fransa obyektiv ola bilmir”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.

Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı dediklərini şərh edən nazir söyləyib: “Biz də Rusiya ilə Ukrayna arasında vasitəçiliyimizi davam etdiririk və ədalətli davranırıq. Amma Fransa obyektiv deyil”.

M.Çavuşoğlu bildirib ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad edib: “30 il Qarabağ məsələsinin həll edilməməsinin əsas səbəbi ATƏT-in Minsk qrupunun qeyri-obyektivliyi idi”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM