satellite   Azerspace-1: 11135 H 30000

Xocavənddə növbəti dəfə insan sümükləri aşkarlanıb

Xocavənddə növbəti dəfə insan sümükləri aşkarlanıb

İşğaldan azad edilmiş Xocavənd rayonunun Ərəkül kəndi ərazisində təmir-tikinti işləri ilə məşğul olan işçilər tərəfindən insan sümükləri aşkarlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı jurnalistlərə bildirib ki, məlumat daxil olduqdan dərhal sonra Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə gedib: “İlkin araşdırma zamanı məlum olub ki, sümüklər ərazidəki yağışlardan sonra baş vermiş torpaq sürüşməsi zamanı üzə çıxıb. Sümüklər həmin yerdən toplanaraq aidiyyəti üzrə ekspertizaya təqdim olunub. Hazırda araşdırma aparılır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM