satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN: "2020-ci ildə erməni terroru zamanı 12 uşaq həlak olub"

Azərbaycan XİN: "2020-ci ildə erməni terroru zamanı 12 uşaq həlak olub"

Ermənistanın 44 günlük müharibə zamanı Azərbaycan əhalisinin sıx məskunlaşdığı şəhərləri raket atəşinə tutması nəticəsində 12 uşaq həlak olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu barədə bu gün Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" hesabında paylaşım edilib.

Paylaşımda həmçinin terror qurbanı olan uşaqlar barədə qeyd edilib.

"Fərid İsgəndərov – 14 yaş, Fidan Qurbanova – 14 yaş , Şəhriyar Qurbanov – 13 yaş, Artur Mayakov – 13 yaş, Mədinə Şahnəzərli – 1 yaş, Məryəm Xəlilli – 6 yaş, Orxan İsmayılzadə - 16 yaş, Nigar Əsgərova – 15 yaş, Nəzrin Əsgərova – 10 ay, Orxan Xəlilli – 11 yaş, Aysu İsgəndərova – 7 yaş, Şahmalı Rəhimov – 13 yaş", - deyə bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM