satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna KİV-ləri Azərbaycanın növbəti humanitar yardımına geniş yer ayırıb

Ukrayna KİV-ləri Azərbaycanın növbəti humanitar yardımına geniş yer ayırıb

Azərbaycanın dost Ukrayna dövlətinə humanitar yardımı Ukrayna KİV-lərinin diqqət mərkəzində olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna”, “Koresspondent.net”, “Ukrainskaya Pravda”, “Antikor”, “Yevropeyskaya Pravda” və digər xəbər agentlikləri, həmçinin portallarda dərc olunan məqalələrdə Azərbaycanın yardımının əhəmiyyəti qeyd olunub.

Məqalələrdə vurğulanıb ki, Ukrayna tərəfindən daxil olmuş müraciətlərə cavab olaraq, mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpası məqsədilə Azərbaycan tərəfindən Ukrayna xalqına əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım göndərilib.

Yardıma 45 güc transformatoru və 50 generatorun ilk hissəsini daşıyan yük avtomobil karvanı yola salınıb. Ümumi məbləği təxminən 1 milyon 422 min manat olan humanitar yükün tam çatdırılması məqsədilə ikinci yük avtomobil karvanının yaxın günlərdə yola çıxması nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM