satellite   Azerspace-1: 11135 H 30000

Moldova KİV-ləri Ümummilli Liderin vəfatının 19-cu ildönümündən yazıb

Moldova KİV-ləri Ümummilli Liderin vəfatının 19-cu ildönümündən yazıb

Moldovanın aparıcı KİV-ləri Ümummilli Lideri Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar məqalələr dərc edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Moldovanın “Rupor”, “Dosar Media”, “Timpul”, “TV8”, “JurnalTV”, “Realitatea” və digər xəbər portallarında dərc edilən məqalələrdə Ulu Öndərin dünya siyasətinə verdiyi töhfənin əhəmiyyəti, Heydər Əliyevin uğurlu siyasətinin bu gün də Azərbaycanda davam etdiyi vurğulanıb. Bildirilib ki, ümummilli Lider Heydər Əliyevin vəfatından ötən 19 ildə Azərbaycan tanınmaz dərəcədə dəyişərək dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. Otuz il işğal altında qalan torpaqlarımız siyasi-hərbi yolla azad olunub, ərazi bütövlüyümüz bərpa edilib.

Məqalələrdə həmçinin gələn il ulu öndərin anadan olmasının 100 illiyinin qeyd ediləcəyi diqqətə çatdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM