satellite   Azerspace-1: 11135 H 30000

Laçın-Şuşa yolunda etiraz aksiyası gecə saatlarında da davam edir

Laçın-Şuşa yolunda etiraz aksiyası gecə saatlarında da davam edir

Qaranlıq və şaxtalı havaya baxmayaraq, qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqunun Laçın-Şuşa yolunda etiraz aksiyası gecə saatlarında da davam edir.

Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirirlər. “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı dağlarda əks-səda doğurur.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, etirazçılara Qarabağın şəhər və kəndlərində müxtəlif bərpa-quruculuq layihələrində çalışan çoxlu sayda Türkiyə vətəndaşı da qoşulub. Aksiyanın keçirildiyi ərazidə Azərbaycan və Türkiyə bayraqları qaldırılıb, Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” ölməz kəlamı səsləndirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM