satellite   Azerspace-1: 11135 H 30000

Laçın-Şuşa yolunda ekoloqların etiraz aksiyasına qoşulanların sayı artıb

Laçın-Şuşa yolunda ekoloqların etiraz aksiyasına qoşulanların sayı artıb

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekoloqların, fəalların, könüllülərin iştirakı ilə Laçın-Şuşa yolunda keçirilən etiraz aksiyası ikinci gündür ki, davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bu aksiyaya ölkənin müxtəlif regionlarından olan fəallar qoşulur. Etirazçıların tələbləri dəyişməzdir: Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə son qoyulmalı, aksiya iştirakçılarının Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına baş çəkmələri təmin edilməli, Rusiya sülhməramlı kontingentinin komandanı general-mayor Andrey Volkov aksiya keçirilən yerə gəlməlidir.

Aksiya dinc şəkildə keçir, hər hansı asayiş pozuntusu baş verməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM