satellite   Azerspace-1: 11135 H 30000

Hikmət Hacıyev xarici diplomatları Laçın-Şuşa yolundakı vəziyyət barədə məlumatlandırıb

Hikmət Hacıyev xarici diplomatları Laçın-Şuşa yolundakı vəziyyət barədə məlumatlandırıb

Bugünkü görüşün məqsədi sizi Laçın-Şuşa yolundakı vəziyyət barədə məlumatlandırmaqdır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə görüşündə bildirib.

Prezidentin köməkçisi deyib: “Bildiyiniz kimi, gündəliyi pozmaq üçün bir çox məsələlər yaradılır. O cümlədən bəzi məsələlər təbliğat elementi kimi istifadə olunur. Ermənistan işğal zamanı bir çox qeyri-qanuni fəaliyyətlərlə məşğul olub. Azərbaycanın ictimai və mülki obyektləri, o cümlədən mədəni abidələri dağıntılara məruz qalıb. İşğaldan azad olunmuş ərazilərə ən son səfərimiz zamanı bunların şahidi olduq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM