satellite   Azerspace-1: 11135 H 30000

Prezidentin köməkçisi: Azərbaycanın faydalı qazıntı yataqları qanunsuz istismar edilib

Prezidentin köməkçisi: Azərbaycanın faydalı qazıntı yataqları qanunsuz istismar edilib

Azərbaycanın faydalı qazıntı yataqları qanunsuz istismar edilib. “Qızılbulaq” və “Dəmirli” faydalı qazıntı yataqlarının qeyri-qanuni istismarı halları intensivləşib və müxtəlif mənbələrə əsasən, bu fakt təsdiqini tapıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə görüşündə deyib.

H.Hacıyev qeyd edib ki, xüsusilə faydalı qazıntı yataqlarının yerləşdiyi ərazidə yük maşınlarının keçidinin intensivləşdiyi müşahidə olunub. Bu məsələ Azərbaycanın müvafiq dövlət qurumları, xüsusilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən monitorinq aparılaraq araşdırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM