Diplomatlarla Laçın yolundan çoxsaylı sui-istifadə hallarından, qanun pozuntuları hallarından bəhs etmək istəyirik.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə diplomatik korpusun nümayəndələri ilə görüşündə bildirib.
Nazir deyib: “Sui-istifadə halları, qanun pozuntuları üçtərəfli Bəyanatın müddəalarının əksinə olaraq baş verir. Bu hadisədən ümumi anlayışımızın olmağı üçün önəmlidir”.
