satellite   Azerspace-1: 11135 H 30000

“İlin ən yaxşı psixoloqu” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“İlin ən yaxşı psixoloqu” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bu ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunda “İlin ən yaxşı psixoloqu” müsabiqəsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, müsabiqədə qoşun növləri və xüsusi təyinatlı təhsil müəssisələrinin hərbi psixoloqları iştirak ediblər.

Müsabiqənin keçirilməsində əsas məqsəd hərbi psixoloqların ixtisas hazırlıq səviyyəsinin yoxlanılması və təcrübə mübadiləsi əsasında onların bilik və bacarıqlarının artırılmasıdır.

Yekun mərhələnin nəticələri təhlil edildikdən sonra qaliblər müəyyənləşdirilib və komandanlıq tərəfindən mükafatlandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM