satellite   Azerspace-1: 11135 H 30000

Sülhməramlıların təchizat avtomobilləri Laçın-Şuşa yolundan maneəsiz keçib

Sülhməramlıların təchizat avtomobilləri Laçın-Şuşa yolundan maneəsiz keçib

Laçın-Şuşa yolunda Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların dördüncü gündür davam edən etiraz aksiyasının iştirakçıları rusiyalı sülhməramlıların təchizat avtomobilləri karvanının yoldan keçməsinə şərait yaradıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu, Ermənistan KİV-lərinin yazdığı kimi, etirazçıların heç də Laçın yolunu bağlamadıqlarını göstərir.

Xatırladaq ki, etirazçılar Azərbaycanın faydalı qazıntılarının talan olunmasının dayandırılmasını tələb edirlər. Onlar “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına buraxılmayanadək aksiyanı davam etdirmək niyyətindədirlər. Ölkənin müxtəlif regionlarından etirazçılara qoşulan gənc fəalların sayı gündən-günə artır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM