satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna KİV: Yaşıl enerji layihəsi regionun bu sahədə təhlükəsizliyini gücləndirəcək

Ukrayna KİV: Yaşıl enerji layihəsi regionun bu sahədə təhlükəsizliyini gücləndirəcək

Prezident İlham Əliyevin iştirakı ilə dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması Ukrayna KİV-in diqqət mərkəzində olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Ukrinform”, “RBK-Ukrayna”, “Ekonomiçeskaya Pravda”, “UNN” və digər informasiya agentliklərində, xəbər portallarında dərc olunan məqalələrdə Sazişin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Sazişə əsasən, Azərbaycanın yaşıl enerjisi Qara dənizin dibi ilə sualtı elektrik kabeli vasitəsilə Avropaya nəql olunacaq. Rumıniya, Gürcüstan, Azərbaycan və Macarıstanın iştirakı ilə Qara dənizdə sualtı enerji kabelinin yaradılması layihəsi bütün regionun enerji təhlükəsizliyini gücləndirəcək.

Məqalələrdə layihənin üstünlükləri barədə geniş məlumat verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM