satellite   Azerspace-1: 11135 H 30000

BQXK-nın avtomobillərinin Xankəndidən Laçın istiqamətinə keçməsinə şərait yaradılıb

BQXK-nın avtomobillərinin Xankəndidən Laçın istiqamətinə keçməsinə şərait yaradılıb

Dekabrın 19-da aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu hal ilk deyil. Belə ki, dünən Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 10-dan artıq təminat avtomobilinin aksiya keçirilən ərazidən maneəsiz keçməsinə şərait yaradılıb.

Qeyd edək ki, bu, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığının göstəricisidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM