satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN: "Ermənistan XİN yalan məlumatlar yayır"

Azərbaycan XİN: "Ermənistan XİN yalan məlumatlar yayır"

"Ermənistan Xarici İşlər Nazirliyi Laçın yolunun bağlanması və Qarabağda yaşayan ermənilərin sayı haqqında yalan xəbərlər yaymaqda davam edir”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, sosial şəbəkələrdə yayılan çoxsaylı videogörüntülərdə avtomobillərin Laçın yolundan sərbəst keçdiyi aydın görünür.

Qeyd edək ki, daha əvvəl Ermənistan XİN-dən bildirilmişdi ki, 120.000 nəfərdən ibarət bütün əhali Azərbaycanın blokadası səbəbindən humanitar böhranla üz-üzədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM