satellite   Azerspace-1: 11135 H 30000

Xankəndi-Laçın yolundakı aksiyanın iştirakçıları isti geyimlərlə təmin olunub - FOTOLAR

Xankəndi-Laçın yolundakı aksiyanın iştirakçıları isti geyimlərlə təmin olunub<font color=red> - FOTOLAR</font> Xankəndi-Laçın yolundakı aksiyanın iştirakçıları isti geyimlərlə təmin olunub<font color=red> - FOTOLAR</font> Xankəndi-Laçın yolundakı aksiyanın iştirakçıları isti geyimlərlə təmin olunub<font color=red> - FOTOLAR</font> Xankəndi-Laçın yolundakı aksiyanın iştirakçıları isti geyimlərlə təmin olunub<font color=red> - FOTOLAR</font> Xankəndi-Laçın yolundakı aksiyanın iştirakçıları isti geyimlərlə təmin olunub<font color=red> - FOTOLAR</font>

Azərbaycanın Qarabağ bölgəsindəki faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qanunsuz istismarının dayandırılması, bu ərazilərdə ekoloji terrora son qoyulması məqsədilə dekabrın 12-dən Xankəndi-Laçın yolunda başlayan etiraz aksiyası artıq on gündür davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bölgədəki sərt hava şəraiti nəzərə alınaraq, ölkə ictimaiyyəti tərəfindən aksiya iştirakçılarına müxtəlif cür dəstək və yardımlar göstərilir. Belə ki, dekabrın 21-də “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri ictimai dəstək nəticəsində toplanmış papaq, əlcək, şərf və digər isti geyimləri aksiya iştirakçılarına paylayıblar.

Bölgədə hökm sürən kəskin hava şəraitinin davam edəcəyi nəzərə alınaraq, qarşıdakı günlərdə də aksiya iştirakçılarının zəruri isti geyimlərlə təmin olunması nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM