satellite   Azerspace-1: 11135 H 30000

Xankəndi-Laçın yolunda aksiya iştirakçıları vətənpərvər mövqedən çıxış edirlər

Xankəndi-Laçın yolunda aksiya iştirakçıları vətənpərvər mövqedən çıxış edirlər

Xankəndi-Laçın yolunda təşkil edilən dinc aksiyanın on birinci günü etirazçılar gecə saatlarında plakat qaldırıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, plakatlarda rus və ingilis dillərində “Ekoterrora son”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir”, “Ekocinayətə son” şüarları səsləndirilib.

Etirazçılar qeyd edirlər ki, aksiya Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmət göstərilməlidir.

Aksiya iştirakçıları yüksək əhvali-ruhiyyədədirlər və vətənpərvər mövqedən çıxış edirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM