satellite   Azerspace-1: 11135 H 30000

Belarus Prezidenti: "Qardaş Azərbaycan Türk dünyasında getdikcə daha mühüm rol oynayır"

Belarus Prezidenti: "Qardaş Azərbaycan Türk dünyasında getdikcə daha mühüm rol oynayır"

"Qardaş Azərbaycan bacarıqlı və qətiyyətli rəhbərliyiniz sayəsində regionda və möhkəmlənməkdə olan Türk dünyasında getdikcə daha mühüm rol oynayır".

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

"Belarusun da iştirakçısı olduğu Qoşulmama Hərəkatında uğurlu sədrlik Bakıya beynəlxalq nüfuz və haqlı hörmət qazandırıb. Bizim görüşlərimizi həmişə məmnuniyyətlə xatırlayıram. Aramızda yaranmış dostluğa və etimada əsaslanan şəxsi münasibətləri, konstruktiv ünsiyyəti və hər ikimizin sıx qarşılıqlı faydalı əməkdaşlığa hədəflənməyimizi qiymətləndirirəm", - məktubda qeyd edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM