satellite   Azerspace-1: 11135 H 30000

Prezident səlahiyyətli nümayəndəyə Naxçıvanda korrupsiya ilə mübarizə və düzgün kadr siyasətinin həyata keçirilməsi ilə bağlı tapşırıq verib

Prezident səlahiyyətli nümayəndəyə Naxçıvanda korrupsiya ilə mübarizə və düzgün kadr siyasətinin həyata keçirilməsi ilə bağlı tapşırıq verib

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəfliyə korrupsiya ilə mübarizə və düzgün kadr siyasətinin həyata keçirilməsi ilə bağlı tapşırıq verib.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, dövlət başçısı tapşırıq verib ki, səlahiyyətli nümayəndə kimi Fuad Nəcəfli insanların qayğısına qalınması, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini göstərsin.

Qeyd edək ki, dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM