satellite   Azerspace-1: 11135 H 30000

Xankəndi-Laçın yolu: Aksiya yüksək vətənpərvərlik əzmində davam edir

Xankəndi-Laçın yolu: Aksiya yüksək vətənpərvərlik əzmində davam edir

Xankəndi-Laçın yolunda dinc şəkildə təşkil olunan aksiyanın on ikinci günü sivil qaydalar çərçivəsində yüksək vətənpərvərlik əzmində davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, etirazçılar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən plakatlar qaldırıb şüarlar səsləndiriblər.

Havanın şaxtalı olmasına baxmayaraq, onlar fəaliyyətlərini aktiv şəkildə davam etdiriblər. Aksiya zamanı gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir neqativ təmas və insident müşahidə edilməyib. Etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM