satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN başçısı: “Cənubi Qafqaz üzrə “3+3” formatında altıtərəfli görüş hazırlanır”

Rusiya XİN başçısı: “Cənubi Qafqaz üzrə “3+3” formatında altıtərəfli görüş hazırlanır”

"Xarici işlər nazirlikləri xətti ilə Cənubi Qafqaz üzrə “3+3” formatında altıtərəfli görüş hazırlanır”.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Rusiyanın xarici işlər naziri Azərbaycanın təşəbbüsü ilə yaradılan platforma çərçivəsində bir görüşün artıq keçirildiyini, lakin Gürcüstan tərəfinin bu görüşdə iştirak etmədiyini xatırladıb.

"Biz artıq nazirlər səviyyəsində görüş hazırlayırıq. Belə görüşün keçirilməsi məqsədəuyğundur. Bu görüşün nə zaman və harada keçiriləcəyini razılaşdırmağa çalışırıq", - o deyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM