satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın XİN başçısı: “Ermənistanı öhdəliklərinə ciddi yanaşmağa çağırırıq”

Azərbaycanın XİN başçısı: “Ermənistanı öhdəliklərinə ciddi yanaşmağa çağırırıq”

"Biz Ermənistanı öz öhdəliklərinə ciddi yanaşmağa çağırırıq”.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, tez-tez Azərbaycan tərəfinin üçtərəfli bəyanatların müddəalarını yerinə yetirməsinin zəruriliyi ilə bağlı çağırışlar eşidirik, amma əslində müddəaları rəsmi İrəvan pozur”.

Onun sözlərinə görə, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi, Ermənistan hərbçi qulluqçularının ərazimizdə olması hiddət doğurur.

"Digər aktual məsələ minalar mövzusudur. Mina terroru davam etdirilir, bu isə etnik təmizləmə siyasətinin davam etdirilməsi deməkdir", - XİN başçısı diqqətə çatdırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM