Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Xankəndi-Laçın yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edə bilirlər.
Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus daha 12 təminat avtomobilinin aksiya keçirilən məkandan sərbəst hərəkətinə şərait yaradılıb. Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.
