satellite   Azerspace-1: 11135 H 30000

Rusiya sülhməramlılarına məxsus səkkiz avtomobil aksiya yerindən sərbəst keçib

Rusiya sülhməramlılarına məxsus səkkiz avtomobil aksiya yerindən sərbəst keçib

Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Xankəndi-Laçın yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edə bilirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus daha 8 təminat avtomobilinin aksiya keçirilən məkandan sərbəst hərəkətinə şərait yaradılıb. Bu, bir daha onu göstərir ki, etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on üç gündür davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM