satellite   Azerspace-1: 11135 H 30000

Hulusi Akar: "Xoş günündə və çətinlikdə Azərbaycana dəstək verməyə davam edəcəyik”

Hulusi Akar: "Xoş günündə və çətinlikdə Azərbaycana dəstək verməyə davam edəcəyik”

"Xoş günündə və çətinlikdə Azərbaycana dəstək verməyə davam edəcəyik”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilin yekunları ilə bağlı keçirilən iclasda deyib.

O bildirib ki, Azərbaycan 44 günlük müharibə ilə haqsız işğala son qoydu:

"Türkiyə minaların təmizlənməsi sahəsində və digər məsələlərdə Azərbaycana dəstək verir".

Nazir, həmçinin söyləyib ki, Yunanıstan hələ də təxribatlarına davam edir:

"NATO Yunanıstanın şıltaqlığına son qoymalıdır. Gözləntimiz bəzi yunan siyasilərinin mövqelərini dəyişmələri və tarixdən dərs çıxarmalıdır. Biz Ege və Aralıq dənizlərinin dostluq dənizləri olmasını istəyirik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM