satellite   Azerspace-1: 11135 H 30000

Sülhməramlılar konteyner və çadırları Laçın istiqamətində quraşdırdıqları postun ərazisinə daşıyıblar

Sülhməramlılar konteyner və çadırları Laçın istiqamətində quraşdırdıqları postun ərazisinə daşıyıblar

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun Xankəndiyə aid hissəsində Rusiya sülhməramlılarına məxsus çadır və konteynerlər tamamilə sökülüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, konteyner və çadırlar yük avtomobilləri ilə Laçın istiqamətində quraşdırılan postun ərazisinə daşınıb. Yolun Xankəndi hissəsində Rusiya sülhməramlılarına məxsus post isə sökülməyib, sülhməramlılar adi qaydada buradakı xidmətlərini davam etdirirlər.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına və ekoloji terrora son qoyulmasına qarşı azərbaycanlı fəalların təşkil etdiyi aksiya davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM