satellite   Azerspace-1: 11135 H 30000

Laçın-Xankəndi yolu: Rusiya sülhməramlılarına məxsus dörd avtomobil aksiya yerindən sərbəst keçib

Laçın-Xankəndi yolu: Rusiya sülhməramlılarına məxsus dörd avtomobil aksiya yerindən sərbəst keçib

Rusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Xankəndi-Laçın yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edə bilirlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus daha dörd avtomobilin bu gün səhər saatlarında aksiya keçirilən məkandan sərbəst hərəkətinə şərait yaradılıb. Bu, bir daha onu göstərir ki, etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq on dörd gündür davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM